Allahşükür Paşazadəyə orden verildi

Allahşükür Paşazadə

-

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Mərkəzi Ruhani İdarəsinin ali mükafatı – “Əl-İzzət — Şərəf, Şöhrət və Ləyaqət” ordeni ilə təltif olunub.

Bu barədə APA məlumat yayıb.

Orden QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadəyə «İslam dininə uzunmüddətli etibarlı xidmətinə, dünya miqyasında sülh və həmrəyliyin ardıcıl müdafiəsi işində uğurlarına, dünya xalqları, Rusiya və Azərbaycan arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə layiqli töhfəsinə, millətlərarası və dinlərarası dialoq işinə hərtərəfli dəstəyinə, insanların dünyanın taleyinə görə Yaradan, Vətən, gələcək nəsillər qarşısında məsuliyyət daşıdıqları hissini aşıladığına görə» verilib.

Ordeni və xüsusi hədiyyəni QMİ sədrinə Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri Baş Müfti Talqat Tacuddin təqdim edib.

Həftənin maraqlı hadisəsi