Almanniya - Azərbaycan biznes forumu keçiriləcək

Almaniya - Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Bakıda Biznes Forum təşkil edəcək.

AHK-nın məlumatına görə, forum oktyabrın 9-da keçiriləcək.Tədbirin mövzusu "Azərbaycanda Enerji və İKT" olacaq.

Forumda enerji və informasiya kommunikasiya texnologiyaları (İKT) sektorlarında islahatlar, tərəfdaşlıqdan ötrü perspektivlər müzakirə ediləcək.

AHK-nın məlumatına görə, Almaniyadan olan şirkətlər və onların Azərbaycandakı tərəfdaşları bu məsələlərlə bağlı layihələri müzakirə edəcəklər.

Forum Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə keçirilir.