Almaniyada ‘əcnəbiləri ödürmək istəyən’ 5 nəfərə xəsarət yetirib

Almaniyada rəsmilərin dediyinə görə “əcnəbiləri öldürmək istəyən” şəxsin maşını adamların üstünə sürməsi nəticəsində 5 nəfər xəsarət alıb.

Bu barədə məlumatı yanvarın 1-də hadisənin baş verdiyi Şimali Reyn Vestfaliya torpağının daxili işlər naziri Herbert Reul verib.

50 yaşlı sürücü Bottrop və Essen şəhərlərinin müxtəlif yerlərində avtomobili görkəmindən əcnəbiyə oxşayanların üstünə sürüb.

Xəsarət alanlardan bəzilərinin Suriya və Əfqanıstan vətəndaşları olduqları xəbər verilir.

Prokurorlar və polis insidenti “hədəfli hücum” kimi səciyyələndirirlər. Müstəntiqlərin dediyinə görə “sürücünün ruhi xəstəliyi olduğuna dair məlumatlar var”.

Bottrop şəhərində 46 yaşlı bir qadın ciddi xəsarət alıb.