Almaniyada kimyəvi zavodda partlayış olub-itkin düşənlər var

Almaniya-Leverkuzen şəhərindəki kimyəvi müəssisədə partlayış

Almaniyanın qərbində yerləşən Leverkuzen şəhərindəki kimyəvi zavodda partlayış olub.

Reütersin iyulun 27-də yaydığı məlumata görə, partlayış ordakı kimya parkının zibilliyində, tullantıların yandırıldığı yerdə baş verib.

Rəsmilər yerli sakinlərə evdə qalmağı, qapı-pəncərələri bağlamağı tövsiyyə edib.

Reüters yazır ki, partlayışın baş verdiyi həmin kimyəvi parkda , Bayer və Lanxess şirkətləri də daxil olmaqla, 30dan çox kimyəvi müəssisə yerləşir. Bayer Avropanın ən böyük kimyəvi sənaye müəssisələrindən biri sayılır.

İlkin məlumatlarda 5 nəfərin itkin düşdüyü, bir neçə nəfərinsə xəsarət aldığı bildirilir.

Polis ərazidəki bir neçə avtomobil yolununun bağlandığını bildirir.

Şahidlərin sözlərinə görə, partlayış o qədər güclü olub ki, evlərin pəncərələri zərbədən sınıb.