Almaniyada terrora hazırlaşmaqda şübhəli bilinən 10 nəfər saxlanıb

Almaniya polisi axtarış aparır. 15 oktyabr 15, 2018.

Almaniya polisi terrora hazırlaşmaqda şübhəli bilinən 10 nəfəri saxlayıb.

Düsseldorf prokurorluğunun məlumatına görə, hazırda onların “İslam dövləti qrupu” ilə əlbir olub-olmamaları araşdırılır.

Şübhəlilər son 2 gün ərzində Essen, Düsseldorf, Vuppertal, Münhenqladbax ,Düysburq və Ulm şəhərlərində saxlanıblar.

DPA agentliyinin martın 30-da verdiyi məlumata görə, şübhəlilərdən biri Tacikistandandır.

Digərlərinin milliyəti barədə məlumat verilmir.