20 il bundan əvvəl, 2001-ci ilin 11 sentyabrında 19 intiharçı terrorçu dörd sərnişin təyyarəsini ələ keçirirək dünya tarixində ən böyük terror aktını törədiblər.
Bu hücum nəticəsində 3 minədək insan həlak olub.
Qaçırılmış təyyarələrdən ikisi Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin binalarına çırpılıb.
Terrorçular üçüncü təyyarəni Vaşinqtonun ətrafında yerləşən Pentaqona doğru yönəltmişdilər.
Qaçırılan dördüncü təyyarənin heyəti və sərnişinləri terrorçulara mane olmağa çalışmış və təyyarə Pensilvaniya yaxınlığında qəzaya uğramışdı.
Buna da bax: 11 sentyabrın mirası – Qərb mediasıDəhşət doğuran 102 dəqiqə
Bütün bu dəhşətli hadisələr 102 dəqiqə ərzində baş vermişdi.
Bu terror hücumuna cavab olaraq Birləşmiş Ştatlar və onun müttəfiqi Britaniya 2001-ci ilin 7 oktyabrında “Yenilməz azadlıq” adlı hərbi əməliyyata başlamışdılar.
Bu əməliyyatdan məqsəd Əfqanıstandakı Taliban rejimini devirmək və ilk növbədə ABŞ üzərinə sentyabr hücumunu həyata keçirimiş əl-Qaeda təşkilatını darmadağın etmək idi.
Bundan 20 il sonra 2021-ci il, avqustun 31-də ABŞ qoşunlarının Əfqanıstan ərazisindən çıxarılması başa çatdırılıb.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə Əfqanıstan müharibəsinin gedişində 2325 amerikalı hərbçi həlak olub.
Buna da bax: 11 sentyabr amerikalıları necə dəyişdi – Qərb mediasıXatirə məkanları
Sentyabrın 11-də ABŞ prezidenti Co Bayden sözü gedən hadisələrlə bağlı üç xatirə məkanına baş çəkməyi planlaşdırır.
Bunlardan biri 2001-ci ilin 11 sentyabrında American Airlines və United Airlines təyyarələrinin Dünya Ticarət Mərkəzinin ekiz binalarına çırpıldığı yerdir.
Bunun ardınca ABŞ prezidenti Pentaqona baş çəkəcək. Həmin gün təyyarələrdən biri Müdafiə Nazirliyinin binasına çırpılmışdı.
Prezident Co Bayden və vitse-prezident Kamala Harris habelə Pensilvaniya ştatındakı Şanksvil çölünü ziyarət edəcəklər.
Terrorçuların ələ keçirdikləri dördüncü təyyarə məhz bu ərazidə qəzaya uğrayıb.