Amerika hərbçiləri , Kabildə baş verən partlayışlara cavab olaraq "İslam dövləti" qruplaşmasına qarşı dronla zərbələr endiriblər. ABŞ silahlı qüvvələrinin baş komandanlıq Mərkəzindən verilən məlumata görə, bu avqustun 26-da Kabildə törədilən partlayışlara cavab zərbəsi olub.
Məlumatda bildirilir ki, Əfqanıstanın şərq əyaləti olan Nanqarhar əyaləti ərazisində aşkarlanan "İslam Dövləti" qruplaşmasının partlayışı təşkil edən nümayəndəsi öldürülüb.
Avqustun 26-da Kabildə törədilən terror hadisəsində ən azı 170 nəfər həlak olub ki, onların arasında 13 Amerika əsgəri və çox sayda uşaq olub.
Hadisdən sonra efirdə çıxış edən ABŞ prezidenti harada olmasından asılı olmayaraq "İslam Dövləti" qruplaşmasına qarşı zərbələr ediriləcəyini deyib.