Cümə günündən şənbəyə keçən gecə güclü qasırğa nəticəsində ABŞ-ın bir neçə ştatında insan təlafatı və dağıntılar olub.
Tələfat və dağıntılar əsasən Kentukki, Arkanzas, Tennessi, Missuri və İllinoys ştatlarında baş verib.
Kentukki ştatının qubernatoru Endi Beşirin sözlərinə görə, təbii fəlakət nəticəsində azı 70 nəfər ölüb.
Axtarışların davam etdiyi və ölənlərin sayının yüzə çatacağı ehtimal edilir. Qasırğanın ən ciddi fəsadları Kentukkinin Qreyvs bölgəsində və onun administirativ mərkəzi olan Meyfild şəhərində olub.
Bu şəhərdə qasırğa bir zavodunun damını, ədliyyə sarayının qülləsini və ona bitişik həbsxana binasını dağıdıb. Yerli şerif Mett Sanderson bildirib ki, Hopkins qraflığında güclü külək qatarı relsdən çıxarıb.