ABŞ Rusiyaya növbəti sanksiya paketini tətbiq edib

Aleksey Navalnı, Moskvada keçirilən məhkəmə iclasına video bağlantı qoşulub, 25 iyun 2021

ABŞ, həbsdə olan Rusiya müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi ilə əlaqədar Moskvaya qarşı sanksiyaların ikinci mərhələsini tətbiq edib.

Bundan başqa Vaşinqton eyni zamanda "Şimal axını 2" nin tikinti iştirakçılarına qarşı yeni tədbirlər elan edib.

Navalny-nın işilə bağlı məsələyə münasibət bildirən Ağ Ev bəyan edir ki, Sergey Skripalın işindən sonra - Rusya dövlətinin insanın sinir sistemini iflic edən növbəti "Noviçok" kimyəvi silahından istifadə etməsi Amerikanın kimyəvi silahların qadağan olunması qanununun pozulmasıdır.

Bu səbəbdən ABŞ , sektoral və şəxsi olmaqla iki növ sanksiya tədbir tətbiq edir.

Bu sanksiyanın tətbiqi ilə ABŞ nüvə və raket sənayesi ilə əlaqəli mal və texnologiyaların Rusiyaya ixracını qadağan edir, eyni zamanda Rusiyadan müəyyən növ silah və döyüş sursatı idxalını da məhdudlaşdırır. Bundan başqa ABŞ sanksiyalar siyahısına Rusiyadan doqquz şəxsi və iki elmi təşkilatı əlavə edib.