ABŞ Rusiyanın Ukraynadakı hərbi cinayətlərini sənədləşdirəcək

ABŞ Konqresinin binası - Kapitoli

Sənədə əsasən ABŞ administrasiyası Konqresə Rusiyanın Ukraynada törətdiyi müharibə cinayətlərinə dair hesabat verməlidir.

Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi ABŞ administrasiyasına Rusiya ordusunun Ukrayna ərazisində törətdiyi bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlərə dair sübutlar toplamağı tapşırıb.

Buna da bax: Azərbaycanın humanitar yardımı Rusiyanı qıcıqlandırırmı?

Qanun layihəsi Müdafiə Xərcləri Aktı çərçivəsində Konqres tərəfindən təsdiqlənib.

“Ukraynanın işğalı zamanı törədilən cinayətlərə görə “Müharibə cinayətlərinin qarşısının alınması və cavabdehlik haqqında” qanuna əsasən, ABŞ administrasiyası Konqresə “işğal zamanı törədilən müharibə cinayətləri və digər vəhşiliklər haqqında” məlumat toplayan hesabat təqdim etməlidir.

Sənəddə xüsusi olaraq mülki şəxslərə qarşı qəsdən hücumlar, xəstəxanaların, məktəblərin, sığınacaqların bombalanması, mülki şəxslərin qeyri-qanuni deportasiyası, girov götürülməsi, zorlama və cinsi zorakılığın digər formaları qeyd olunur.

Buna da bax: Avropadan Rusiyaya sanksiyalar, Ukraynaya milyardlarla avro

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.