Donald Trump ilk seçkini Ted Cruz-a uduzdu

Ted Cruz (sağda) və Donald Trump

Texas senatoru Ted Cruz respublikaçıların Ayova ştatında keçirilən nominasiya seçkisində qalib gəlib.

Texas senatoru Ted Cruz respublikaçıların Ayova ştatında keçirilən nominasiya seçkisində qalib gəlib.

CNN müxbirləri xəbər verirlər ki, namizədlik kampaniyasında indiyədək şəriksiz lider olan Donald Trump-ın məğlubiyyəti eyni zamanda ümumi siyasət qanunlarının etibarlığını isbat edib.

Hillary Clinton demokratların nominasiyasında qalib gəlib

Xəbər verilir ki, Ayova ştatında keçirilən ilkin namziəd nominasiyasında da Trump, bundan əvvəlki kampaniyada olduğu kimi əsas etibarilə şəxsi populyarlaığına arxalanırdı.

CNN bildirir ki, Trump-ın “böyük fərdiyyətçiliyi”, sosial mediada fəallığı və izdihamlı mitinqləri Cruz-un ənənəvi siyasi yanaşması qarşısında gücsüz görünüb.

Ted Cruz bu ştatda aylardır ki, əsas etibarilə dindar seçicilər arasında kampaniya aparırdı.

Bu qələbə respublikaçıları bir də ona görə ruhlandırıb ki, bu, Ronald Reagan-dan bu yana onların “öz partiyadaşlarının” uğuru olub.

Siyasətçilik populyarlığa qalib gəlib

Cruz bu seçkidə səslərin 28, Trump 24 və gözlənilmədiyi halda Marko Rubio 23 faizini yığa bilib.

Demokrat namizədlərin eyni ştatda keçirilən seçkisində Hillary Clinton kiçik fərqlə Bernie Sanders-i qabaqlayır.

Xanım Clinton səslərin 50, Sanders isə 49 faizini toplayıb, lakin burada səslərin hamısı sayılmayıb.

CNN bildirir ki, Cruz-un qələbəsi təşkilatçılıq və təşviqatçılığın, populyarlıq və fərdiyyətçilik üzərində qələbəsi kimi qiymətləndirilə bilər

Amerika mediasının əsas diqqəti Donald Trump-la Ted Cruz-un rəqabətinə yönəlmişdi və CNN bildirir ki, Cruz-un qələbəsi təşkilatçılıq və təşviqatçılığın, populyarlıq və fərdiyyətçilik üzərində qələbəsi kimi qiymətləndirilə bilər.

Maraqlıdır ki, hələ bazar ertəsi keçirilən rəy sorğuları Trump-ın Ayovada qəti qələbə qazanacağını və “respublikaçıların arasına vəlvələ salacağını” göstərirdi.

Seçki nəticələri elan edildikdən sonra Donald Trump indiyədək ən qısa çıxışını edib. O bildirib ki, mübarizəni davam etdirəcək.

Bununla belə, Ayovada partiydaxili seçkilər həmişə gözlənilməz nəticələr verib və bu dəfə də belə olub.