ABŞ Səfirliyi ingilis dili müəllimlərinə təlimlər təşkil edib

Arxiv foto

Dünən, sentyabrın 13-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Lee Litzenberger Bakıda “İngilis dili Həftəsi”nin bağlanış mərasimində iştirak edib

ABŞ səfirliyinin dəstəyi ilə keçirilən “İngilis dili Həftəsi” sentyabrın 9-dan 14-nə kimi davam edib. Azəbaycanın müxtəlif regionlarından 100-dən çox ingilis dili müəllimləri Bakıdakı Amerika Mərkəzində bir araya gələrək beynəlxalq praktika ilə bağlı təlimlərdə iştirak ediblər.