Amnesty: 'İran hakimiyyəti insanlığa qarşı cinayətləri davam etdirir'

Iranın ədliyyə naziri Alireza Avai də "ölüm komissiyasının" üzvlərindən biri olub

Amnesty International insan haqları təşkilatı bildirir ki, İran hakimiyyəti 30 il əvvəl həbsxanalarda gizlicə edam etdiyi minlərlə dissidentin taleyini və yerini gizlətməklə insanlığa qarşı cinayətini davam etdirir.

Dekabrın 4-də açıqladığı hesabatda Londonda mənzillənmiş təşkilat BMT-ni İranda qanunsuz edamlara görə məsul olan şəxslərin ədalət qarşısına gətirilməsi üçün “müstəqil, tərəfsiz və səmərəli beynəlxalq mexanizm” yaradılmasına çağırırb.

Amnesty hesabatda bildirir ki, bu sənəd bütün İran boyunca 100 ailənin verdiyi ifadələr, sənədlər, tarixi arxivlər və xatirələr əsasında tərtib edilib və təşkilatın bildirdiyinə görə 1988-ci ilin iyul-sentyabr aylarında azı 32 şəhərdə həyata keçirilmiş edamların miqyasını göstərir.

Amnesty International təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Philip Luther deyib: “İran hakimiyyət orqanlarının bu kütləvi qətlləri bu gün də etiraf etməməsi, yaxınlarına onların niyə qətlə yetirildiklərini deməməsi, onların qalıqlarını qaytarmaması o deməkdir ki, qanunsuz yoxedilmələr hazırda da davam edir”.

Luther deyib ki, belə vəziyyət qurbanların ailələri üçün işgəncəyə çevrilib: “İran hakimiyyəti qurbanların taleyi və yeri haqqında məlumat vermədikcə bəşəriyyətə qarşı cinayətlər davam edəcək”.

Hesabatda bildirilir ki, 1988-ci il, iyulun sonlarından İran boyunca həbsxanalar bağlanmış və məhbusların qohumları ilə görüşlər dayandırılmış, məhbusların yaxınlarına bunun izahatı verilməmişdi.

Amnesty International təşkilatının sözləri ilə deyilərsə, “siyasi müxalifətin əlaqələndirilmiş məhvi həyata keçirilərkən” 5 minədək Mücahedine Xəlq Təşkilatının, solçu qrupların üzvləri, tələbələr və başqaları artıq 1988-ci iln sentyabrının axırlarınadək edam olunmuşdu.

Bu da xəbər verilir ki, məhbusları dindirən “ölüm komissiyalarının”, ədliyyə naziri Alireza Avai də daxilbir sıra üzvləri hələ də yüksək dövlət postları tutmaqda davam edir.

Amnesty bildirir ki, kütləvi edamları həyata keçiriən və onlarda iştirak edənlərin hamısı ölüm hökmünü istisna edən ədalətli mühakimələrə çəkilməlidir.