Sumqayıtda su kanalında hərbi sursat tapılıb

ANAMA-n;n tapdığı mərmi (Arxiv)

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) oktyabrın 28-də Sumqayıt şəhərində keçirilən təcili təxirəsalınmaz əməliyyat barədə məlumat yayıb.

Agentlik bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən onlara Sumqayıt şəhərində silah-sursatın olması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssislərihəmin ərazidə su kanalın kənarına baxış keçiriblər.

Axtarış tədbirləri nəticəsində 367 ədəd partlamamış hərbi sursat aşkarlandığı bildirilir. Onların arasında birF-1 əl qumbarası, bir UZRQM partladıcısı, bir AKM avtomatı, ikiVinçestr Stinger markalı tüfəng və bir dəTT markalı tapança olduğu vurğulanır.

“Aşkar olunmuş silah-sursatın ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib. Bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib”

Buna da bax: DTX əməliyyat keçirib

Sizin brauzer HTML5-i dəstəkləmir

DTX "anti-terror əməliyyatı"nın videosunu yaydı