Həkim: "İndiyədək evdə antibiotik inyeksiyasından insanların öldüyünə rast gəlirik"

Sizin brauzer HTML5-i dəstəkləmir

Səhiyyə Nazirliyi 2019-cu ildə antibiotiklərlə bağlı sorğu keçirib. Məlum olub ki, iştirakçıların 50.2 %-i antibiotik qəbul ediblər. Onlardan 23.6% -i həkim təyinatı olmadan, 30,75%-i isə oxşar xəstəliklərdə istifadə etdikləri dərmanları yaxın insanların məsləhəti ilə qəbul ediblər.