Dağlıq Qarabağda separatçı rejimin “prezidenti” Araik Arutyunyan deyib ki, “Qarabağa qarşı Azərbaycan yox, Türkiyə döyüşür”.
“Müharibə gözləntisi mənasında biz elə bunu gözləyirdik. Bunun üçün Azərbaycan və Türkiyənin son aylarda verdikləri bəyanatları dinləmək kifayət idi. Bizə əlbəttə, hər şey aydın idi. Biz müharibəni gözləyirdik”.
Arutyunyan daha sonra bunları bildirib:
“Müdafiə ordusu səhər saat 7-dən ümumən hazır idi. Hücum bütün Təmas Xətti boyunca Omardan Araza qədər başladı. Bəli bizim itirdiyimiz mövqelər var. Əsasən Talış və cənub istiqamətində. Biz onlarca itki vermişik”.
Sizin brauzer HTML5-i dəstəkləmir
Arutyunyan iddia edib ki, Dağlıq Qarabağda vuruşan Azərbaycan yox, Türkiyədir:
“Atsaxa qarşı Azərbaycan yox, Türkiyə döyüşür. Təkcə dronlar yox, təyyarələr yox, ordu birləşmələri, hərbçilər və sair. Mən hələ muzdluları demirəm, başqa ölkələrdən olan könüllüləri demirəm. Atsax yalnız müdafiə ordusundan istifadə edərək döyüşür. Əlbəttə burda Ermənistan Respublikasından olan könüllülər də olacaq”.
“Biz ərazilər itirmişik, bundan sonra da itirəcəyik. Amma biz mütləq mövqeləri qaytaracağıq. Bəyan etmək istəyirəm ki, müharibənin nəticəsi bizim üçün aydındır”.
O iddia edib ki, bəzi təsdiq edilməmiş məlumatlara görə Qarabağın müdafiə ordusu Türkiyənin F-16 qırıcısını vurub.
Sizin brauzer HTML5-i dəstəkləmir
AzadlıqRadiosunun Erməni xidməti yazır ki, sentyabrın 27-də Azərbaycan Qarabağda bütün Təmas Xətti boyunca hücuma keçib.
Dağlıq Qarabağdakı separatçı rejimin verdiyi məlumata görə 16 erməni hərbçi həlak olub, yüzədək yaralı var.