Telman İsmayılov saxlanılandığı ölkədən sığınacaq istəyib. Bu barədə yerli Vijesti qəzeti hüquq-mühafizə orqanlarında adının çıkilməsini istəməyən mənbəyə istinadən məlumat yayıb.
Qəzet yazır ki, iş adamının belə bir addımı onun Rusiyaya ekstradiyasını sual altında qoya bilər.
Telman İsmayılov Rusiyada varlı iş adamlarından biri olub. 2012-ci il Forbes jurnalındakı qiymətləndirmədə onun 800 milyon dollar varidatı olduğu açıqlanıb.
O, AST biznes-qrupunun yaradıcısıdır. Rusiyanın iri Çerkizovski bazarı, Moskvanın mərkəzi küçəsi olan Arbat-dakı "Praqa" restoranı, otel biznesi və nəşriyyat ona məxsus olub. Bundan başqa bir milyard yarım dollara dəyərləndirilən Türkiyənin Antaliya şəhərindəki "Mardan Palas" oteli də ona məxsus olub.
***
Bu barədə AzadlıqRadiosunun rus xidməti yerli Vijesti nəşrinə istinadla məlumat yayıb.
Danas nəşrinin yazdığına görə, T. İsmayılov Rusiya tərəfindən verilən order əsasında saxlanılıb.
2016 -cı ildə qiyabi olaraq iş adamı sahibkarlar Vladimir Savkin və Yuri Brylevin öldürülməsində, qanunsuz silah alverində günahlandırılıb.
2018 -ci ildə sahibkar beynəlxalq axtarışa verilib. Telman İsmayılovun qardaşı Rafik İsmayılov, sahibkarların öldürülməsi iddiası ilə 17 il sərt rejimli koloniyada məhkum edilib.
Buna da bax: Telman İsmayılovu qətllərdə ittiham edib axtarışa verdilərRusiyanın Monteneqrodakı səfirliyindən İnterfaks -a bildiriblər ki, İsmayılovun həbsi ilə bağlı heç bir məlumatı yoxdur.
Telman İsmayılov AST qrupunun qurucusudur, 2009 -cu ildə bağlanmış Çerkizovski bazarının keçmiş sahib olub. Mətbuatda dəfələrlə Moskvanın keçmiş meri Yuri Lujkovla əlaqələri ilə bağlı iddialar dərc olunub. 2015 -ci ildə iş adamı müflis elan edilib.