Ərçivan kəndi: Ləvəngi bazarı, kükürdlü bulaq, bahalı əzgil...

42 yaşlı Səfərov Tahir.
-14 ildir çayçı işləyirəm. O qədər də böyük deyil çayxanam. Cəmi 3 stolum var. Yay vaxtı çayxananın həyətinə 2-3 stol da qoya bilirəm. Yaxınlıqda 7-8 çayxananın olmasına baxmayaraq müştəri baxımından narazı deyiləm. Müştərilərim əsasən yaxınlıqda bazarda işləyən satıcılar olur. İran Astarasından fərqli olaraq bizdə çay stəkanla deyil, çaynikdə verilir.
 

40 yaşlı Elnur Axundov 10 ilə yaxındır ki, Astara bazarında qəssab işləyir. Gün ərzində bir iribuynuzlu və bəzən də iki qoyun kəsir.
 

İran Astarasında əzgil (200 xomeni) 1 AZN, Azərbaycan Astarasında isə 1.5 və 2 AZN civarında satılır. İran Astarasında meyvə - tərəvəz satanların çoxu özləri həyətlərdən aldığına görə bir az ucuz başa gəlir. Azərbaycan Astarasında isə bazar satıcılarına alverçilər gətirirlər.

50 yaşlı Mütəllim Həmidov Astarada "Ləvəngi" bazarı yaxınlığında pinəçiliklə məşğul olur. Dediyinə görə 10 yaşından bu sənətdədir.
 

40 ildir ayaqqablara yamaq vurmaqdan əlləri qabar atıb. Dediyinə görə, hərbi xidmətdə də çəkməçi işləyib, buna görə həm hörməti, həm də qazancı yaxşı olub.
 

Astaranın “Ləvəngi” adlanan bazarı. Yerli sakinlərin dediyinə görə əvvəllər burda ləvəngi satılıb və getdikcə bu ərazi bazara çevrilib.
 

Astaranın Ərçivan kəndi qəbiristanlığında 3-4 aylıq körpənin qəbri.

Astaranın Ərçivan kəndində ağac piri. Rəvayətə görə, Şah İsmayıl atasının düşmənindən gizlənərkən Hüseyn Lələ onu bu ağacda bir torbada asaraq gizlədir. İnsanlar o vaxtdan bu ağaca pir kimi inanır və onu ziyarət edirlər.

Bəzi Astara sakinləri velosipeddən həm yük, həm də sərnişin daşımada istifadə edirlər.

Astaranın 19-cu əsrdə inşa olunmuş Məhəmməd Xələfi adına məscid. İnsanlar hər cümə günü məscidə ibadət gedirlər.

Astaranın Ərçivan kəndində yerləşən (kükürdlü) yanar bulaqdan digər kəndin insanları da qablara dolduraraq evlərinə aparıb mədə bağırsaq problemlərində dərman kimi istifadə edirlər.

Astaranın Ərçivan kəndində yerləşən (kükürdlü) yanar bulaqdan digər kəndin insanları da qablara dolduraraq evlərinə aparıb mədə bağırsaq problemlərində dərman kimi istifadə edirlər.

Bəzi Astara sakinləri velosipeddən nəqliyyat kimi həm həm də sərnişin daşımada istifadə edirlər.

Kənd sakinləri deyir ki, qışın soyuq aylarında qaz ya gəlmir, ya da zəif olur. Bunun üçün də pulla odun alıb qış üçün hazırlıq görürlər.

Ulduz" filmində məşhur səhnələrdən birinin çəkildiyi ikimərtəbəli "Ləm" adlanan tikili. (Nəsibə Zeynalovanın Lütfəli Abdullayevlə birgə oynadığı musiqili epizod).

Astaranın Ərçivan kəndində yerləşən 1806-cı ilə aid və dövlət tərəfindən qoruq kimi qeydə alınan hamam baxımsız haldadır.

1806-cı ilə aid olan tarixi abidə kimi qeydə alınan Hamamın damı bu vəziyyətdədir.

Azərbaycan Astarasında olan bu fotodan fərqli olaraq İran Astarasında məktəbli qızlar qırmızı geyim və ağ hicabla dərsə gedirlər.

Azərbaycan Astarasında olan bu fotodan fərqli olaraq İran Astarasında məktəbli qızlar qırmızı geyim və ağ hicabla dərsə gedirlər.

Bağlarında müxtəlif meyvələr yetişdirib bazara çıxarmaq istəyən sakinlər qiymətin aşağı olmasından narazıdırlar. Deyirlər, qapıdan ən keyfiyyətli feyxoanın kilosunu 60 qəpikdən alıb, bazarda iki-üç qat qiymətə satırlar.

Bağlarında müxtəlif meyvələr yetişdirib bazara çıxarmaq istəyən sakinlər qiymətin aşağı olmasından narazıdırlar. Deyirlər, qapıdan ən keyfiyyətli feyxoanın kilosunu 60 qəpikdən alıb, bazarda iki-üç qat qiymətə satırlar.

Uşaqların kəndlərdə əylənmək üçün geniş meydança və ya parkları olmadığı üçün həyət-bacada oynayıb vaxt keçirirlər.

Sakinlərin sözlərinə görə, Astara şəhərində ən tanınmış çörəkçi məkanı bura sayılır. Həm çörək, həm də toyuq ləvəngisi bişirib satırlar.

Kəndlilər yetişdirdiyi məhsulu bazara çıxarmaq üçün köhnə də olsa, öz Sovet dövründən qalma avtomobillərini istifadə edirlər. Tez-tez xarab olsa da özləri təmir edib sazlamağa çalışırlar

Rayon yerlərində böyük şəhərlərdən fərqli olaraq həm böyüklərin, həm də uşaqların əyləncə imkanları çox azdır.