"Atatürk" hava limanı bağlandı, təzə liman tam işə düşdü

İstanbul Beynəlxalq Hava Limanı

İstanbuldakı “Atatürk” adına beynəlxalq hava limanı martin 6-dan bağlanıb.

Qeyd edək ki, bu hava limanı şəhərdə açılan yeni beynəlxalq aeroportla əvəz olunub.

Xəbər portallarının məlumatına görə, şəhərin Avropa hissəsində, mərkəzin şimal-qərbində, Qara dəniz sahili yaxınlığında yerləşən yeni beynəlxalq hava limanı martin 5-dən tam istifadəyə verilib.

“Atatürk” hava limanından yeni aeroporta 50 min tonadək avadanlıq daşınıb.

Bundan başqa “Türk hava yolları”na məxsus 300-dən çox sərnişin təyyarəsi yeni limana aparılıb.

AAtatürk Beynəlxalq Hava Limanı

Hər iki hava limanı 12 saat bağlı olub və şənbə gününə keçən gecə saat 12-dən yeni aeroport işə başlayıb.

İlk reys paytaxt Ankaraya olub. “Atatürk” adına köhnə limandan isə son uçuş Sinqapura olub.

İstanbuldakı yeni beynəlxalq hava limanı ötən il oktyabrın 29-dan-banisi Atatürk olan Türkiyə çümhuriyyətinin 95-ci ildönümündə açılıb.

Amma təzə hava limanı onun adını daşımayacaq, sadəcə İstanbul beynəlxalq hava limanı adlanır.

Tİstanbul Beynəlxalq Hava Limanı

Prezident Racep Tayyip Erdoganın təşəbbüsü ilə tikilən yeni hava limanı 11 milyard dollardan artıq vəsaitə başa gəlib.

Türkiyə hakimiyyəti hesab edir ki, sərnişindaşımaya görə o dünyanın ən iri hava limanlarından biri olacaq.

Bu hava limanı il ərzində 150 milyon sərnişin daşıya bilər.

2018-ci ildə isə bunu 200 milyona çatdırmaq planlaşdırılır.