►Kreml Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiya idmançılarının sistematik olaraq dopinqdən istifadə etməsi barədə ittihamlarını əsassız adlandırıb.
Noyabrın 10-da Kremlin sözçüsü Dmitry Peskov deyib:
“Hər hansı bir dəlil təqdim olunana qədər ... bu ittihamları qəbul etmək çətindir, onlar əsassızdır.”
Kreml həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 11-də Rusiyanın idman federasiyalarının rəhbərləri ilə görüşüb 2016-cı ilin Rio Olimpiadasına hazırlıq məsələlərini və Rusiya idmançılarına qoyula biləcək qadağaları müzakirə edəcək.
Noyabrın 10-da Rusiyanın İdman Nazirliyi bildirib ki, ölkənin antidopinq idarəsi və onun laboratoriyası ilə bağlı “hər hansı” pozuntunun aradan qaldırılması üçün WADA ilə daha da sıx əməkdaşlığa daim açıq olub.
Rusiyanın antidopinq agentliyinin rəhbəri Nikita Kamayevsə Rusiya təhlükəsizlik xidmətinin laboratoriyanın işinə müdaxilə etdiyi barədə ittihamları rədd edərək onları “tamamilə absurd” və “xəstə təxəyyülün” məhsulu adlandırıb.
Kamayev həmçinin Rusiyanın dopinq yoxlama laboratoriyasının WADA akkreditasiyasından məhrum olandan sonra bağlandığını təsdiq edib.
Buna da bax: Ödənişli təhsil alan tələbələr də təqaüd ala biləcəklər

Sebastian Coe
Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) prezidenti Sebastian Coe bildirib ki, təşkilatın 335 səhifəlik hesabatına rəsmi cavab vermək üçün Rusiyanın həftənin sonuna qədər vaxtı var.
O deyib ki, IAAF şurası bu məsələdə “çox cəld” hərəkət edərək Rusiya Yüngül Atletika Federasiyasının işini dayandıra bilər.
Rusiyanın İdman naziri noyabrın 9-da verdiyi bəyanatda qeyd edib ki, "Rusiya idmanda dopinqə qarşı mübarizəyə tamamilə sadiq olub və sadiq olaraq qalacaq. Bizim utanacaq bir işimiz yoxdur. Bəli, bu gün bizim problemlərimiz var, amma biz heç vaxt onları ötr-basdır eləməmişik.”
İdman naziri Vitaly Mutko əlavə edib ki, Rusiyaya qarşı ədalətsizlik olub və digər ölkələrdə də oxşar problemlər var.
Məlum hesabatı hazırlayan komissiya aşkar edib ki, Moskvadakı laboratoriya keçən ilin dekabrında WADA nümayəndə heyətinin səfəri ərəfəsində 1400 dopinq testini məhv edib.
Buna da bax: Öldürülən jurnalistin valideynləri dindirildi
Hesabatda həmçinin "beynəlxaq atletikanın ən yüksək eşalonlarında korrupsiya və rüşvətxorluq hallarından” danışılır. Bildirilir ki, “bu hallar barədə dəlillər araşdırılmaq üçün İnterpola ötürülüb. "
Sözügedən hesabatda əksini tapan maraqlı məqamlardan biri də IAAF-in uzun illər ərzində Rusiyanın Atletika Federasiyasını müdafiə etməsi barədə iddiadır. Bu məsələ ilə bağlı IAAF-in keçmiş rəhbəti Lamine Diack və onun keçmiş xəzinədarı Valentin Balakhnichevin adı çəkilir.
WADA-nın statistikasında Rusiyanın atletlərinin dopinq pozuntusuna yol verməsi məsələsində "dünya lideri" olduğu göstərilir. Belə ki, 2013-cü ildə müxtəlif idman növləri üzrə 225 pozuntu halı qeydə alınıb.
Bundan başqa son 12 ay ərzində dopinqə görə Rusiyanın dörd Olimpiya çempionunun yarışlara qatılmasına qadağa qoyulduğu bildirilir.
Sözügedən hesabatda əksini tapan maraqlı məqamlardan biri də IAAF-in uzun illər ərzində Rusiyanın Atletika Federasiyasını müdafiə etməsi barədə iddiadır. Bu məsələ ilə bağlı IAAF-in keçmiş rəhbəti Lamine Diack və onun keçmiş xəzinədarı Valentin Balakhnichevin adı çəkilir.
Maraqlıdır ki, keçən həftə Fransa rəsmiləri avqustda istefa vermis Diackı Rusiya idmançılarının iştirak etdiyi dopinq hallarını ötr-basdır etmək müqabilində 1 milyon avrodan çox rüşvət almaqda ittiham edib.