Fevralın 7-də Avropa Parlamentinin İnsan Haqları alt komitəsi və Avropa İttifaqında Demokratik Proseslərə Xarici Müdaxilə üzrə xüsusi komitənin birgə iclası keçirilib.
Sözü gedən komitələrin üzvləri Azərbaycanın Avropa İttifaqının siyasətinə müdaxilə əməliyyatlarını, habelə Azərbaycanda insan haqları müdafiəçiləri üzərinə hücumları müzakirə ediblər.
Dinləmələrə Avropa Parlamentinin fransalı üzvü Bernard Quetta sədrlik edib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Dinləmədə Avropa Parlamentinin deputatı Rafael Qluksman, Amnesty International təşkilatının Avropa və Mərkəzi Asiya üzrə keçmiş direktoru, hazırda Avropada Sabitlik Təşəbbüsünün rəhbəri, britaniyalı Con Dalyuzen, keçmiş Azərbaycan diplomatı, hazırda siyasi fəal Arif Məmmədov, Sərhədsiz Reportyorlar təşkilatından Cin Kavaliyer, Avropa İttifaqının vəzifəli rəsmisi Riçard Tibbels, Avropa Parlamentinin üzvü Natali Luazö, Avropa Parlamentinin portuqaliyalı üzvü İzabel Santos, finlandiyalı Avropa deputatı Heydi Hautala, çexiyalı deputat Marketa Qreqorova və siyasi mühacir Məhəmməd Mirzəli çıxış ediblər.
Çıxış edənlər Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətindən, siyasi məhbuslardan, Azərbaycanın Avropa millət vəkillərini “kürü diplomatiyası” ilə ələ almaq əməliyyatlarından, ölkədəki korrupsiyadan, saxtalaşdırılmış seçki və referendumlardan söz açıblar.
Buna da bax: HRW: Hökumət fərqli düşünənləri hədəfə alırİclasda Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlər, Azərbaycanın Şərq Tərəfdaşlığının üzvü olmasının məqsədəuyğunluğu, insan haqlarının vəziyyətinin və korrupsiya ilə mübarizənin yaxşılaşdırılması üçün rəsmi Bakı üzərinə mümkün təzyiq alətləri kimi məsələlər qaldırılıb.
Azərbaycanın hakimiyyət rəsmiləri ölkədə insan haqlarının vəziyyətilə bağlı beynəlxalq qurumların tənqidini qəbul etmir, bütün təməl hüquq və azadlıqların tam qorunduğunu deyirlər.