II Avropa Oyunlarında eyni idmançılardan 3-cü medal

Avropa Oyunları, Belarus, 21 iyun,2019

İyunun 23-də Azərbaycandan olan akrobatika gimnastları II Avropa Oyunlarında üçüncü medallarını qazanıblar.

Azərbaycanın akrobatika gimnastikası yarışındakı təmsilçiləri Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında 29,540 xal toplayaraq oyunların gümüş medalına sahib olub.

Rusiyanı təmsil edən Viktoriya Aksenova - Kiril Startsev dueti 29,580 xalla II Avropa Oyunlarının çempionu olub. Bürünc medala 29,420 xal toplayan Volna Melnik - Artur Belakurov cütlüyü (Belarus) layiq görülüb.

Bu, Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxinin "Minsk 2019"da üçüncü medallarıdır. Onlar "Minsk 2019"-da bundan öncə bir gümüş və bir bürünc medal da qazanmışdılar.

İyunun 23-də "Minsk 2019"un üçüncü günündə Azərbaycan idmançılarının ümumilikdə medal sayı 8-ə çatıb. Bunlardan 4-ü gümüş, 4-ü də bürüncdür.

İyunun 23-ü günün sonuna olan nəticəyə görə, Azərbaycan"Minsk 2019"-da medalların sayına görə 20-ci yerdə qərarlaşıb. Birinci yerdə 39 medalla Rusiya olub.

Xatırlatma

İlk Avropa Oyunları 2015-ci ilin iyununda (12-28-də) Bakıda keçirilib. Bakı-2015-də Azərbaycan komanda hesabında ikinci yerdə qərarlaşıb. Onlar 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya tutub.