Avropa İttifaqının ali orqanı - Avropa Komissiyası Rusiya iqtisadiyyatına qarşı sanksiyaların 12-ci paketini noyabrın 15-də təsdiqləyə bilər.
Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel deyib ki, bu paketə Rusiya almazının ixracına qadağan da daxil olacaq.
Borrelin sözlərinə görə yeni paketə şəxslərin genişləndirilmiş çevrəsinə şəxsi sanksiyalar, Rusiya iqtisadiyyatının sektorlarına qarşı məhdudiyyətlər, habelə Rusiya neftinə qoyulmuş qiymət tavanına əməl olunmasını təmin edən tədbirlər daxil edilib.
Bu paket noyabrın 15-də təsdiq olunduqdan sonra Avropa İttifaqı üzvlərinin imzasına veriləcək.
Buna da bax: Neft və qazdan gələn vergi azalırsa, başqa vergilər artırılacaq?5 milyard avroluq qadağan
Bloomberg oktyabr ayında yazırdı ki, sanksiyalar habelə Rusiyaya qaynaq avadanlığının, kimyəvi agentlərin və hərbi məqsədlərlə istifadəsi mümkün başqa malların ixracının qadağanını nəzərdə tutacaq.
Bu da xəbər verilir ki, sanksiyalara Rusiyaya proqram təminatı üçün lisenziya qadağanları, Rusiyadan işlənmiş metalların idxalı, habelə alüminium idxalına qoyulmuş məhdudiyyətin sərtləşdirilməsi, tikinti materiallarının ticarətinin qadağanı daxil ola bilər.
Agentliyin məlumatına görə bütün nəzərdə tutulmuş məhdudiyyətlərin dəyəri təxminəın 5 milyard avro təşkil edir.
Buna da bax: Zelenski və Zalujnı cəbhədəki vəziyyətin 'mürəkkəb' olduğunu deyirlərBelçika niyə Rusiya almazına qadağan istəmir?
Avropa İttifaqı Rusiyadan ildə 1.5 milyard dollarlıq almaz alır. Almaza qadağan bundan əvvəl də müzakirə olunub, lakin bu tədbir bütün dünyada qiymətli daşların ən böyük bazarı olan Belçika tərəfindən bloklanıb.
Rusiya bütün dünyada xam almazın ən böyük ixracatçısıdır. Brüssel israr edirdi ki, Rusiya almazının qadağan edilməsi, onun ixracının səmtini dünyanın başqa yerlərinə çevirə bilər.
Lakin Rusiya almazının idxalına qadağan məsələsi həm də G7 ölkələri tərəfindən müzakirə olunur.
Dünya almaz bazarının 70 faizi G7 ölkələrinin payına düşür.
Qadağan gələn ilin yanvarından qüvvəyə minə bilər.