Avtobus qəzasında azı 45 nəfər ölüb

Hadisə yeri

BTV kanalı İstanbuldan Şimali Makedoniyanın paytaxtı Skopyeyə gedən avtobusda 12 uşağın olduğunu bildirir

Bolqarıstanın müvəqqəti baş naziri Stefan Yanev qəza yerinə baş çəkib, bunu “böyük faciə” adlandırıb.

“Qurbanların yaxınlarına başsağlığı verirəm. Ümid edək, bu faciəvi insidentdən dərs çıxaracaq, gələcəkdə belə insidentlərin qarşısını alacağıq”, – Yanev deyib.

Şimali Makedoniyanın Baş naziri Zoran Zayev hadisədən sağ çıxanlardan birilə danışdığını deyib.

“Sərnişinlərdən biri mənə dedi ki, yatıbmış, partlayış səsinə oyanıb”, – bTV-yə danışan Zayev hakimiyyətin “ölənlərin və sağ qalanların ailələri üçün vacib” informasiyanı yığacağını vurğulayıb.

***

Bolqarıstanın qərbində avtobus qəzasında əsasən Şimali Makedoniyadan turistlər olmaqla azı 45 nəfər həlak olub. Xəbəri yerli media hökumət rəsmilərinə əsasən yayıb.

Daxili İşlər Nazirliyinin rəsmisi Nikolay Nikolov noyabrın 23-də BTV özəl televiziyasına qurbanlar arasında uşaqların olduğunu deyib.

Buna da bax: Prezidentin Krım açıqlaması ABŞ-ı narahat edib

Texniki nasazlıq

O, hadisədən sağ çıxmış yeddi nəfərin paytaxt Sofiyada xəstəxanada yanıqlardan müalicə aldığını bildirib.

“Alışaraq qəza etmiş, yaxud qəza edəndən sonra alışmış avtobusda azı 45 nəfər ölüb”, – Nikolov deyib.

Nazirlik daha sonra ölü sayını 46 nəfərə qaldırıb.

bTV kanalı İstanbuldan Şimali Makedoniyanın paytaxtı Skopyeyə gedən avtobusda 12 uşağın olduğunu bildirir.

Hadisə yerli vaxtla yerli vaxtla gecə saat 2-dən sonra, Sofiyadan 31 km cənub-qərbdə baş verib.

“Çox güman texniki nasazlıq olub, təkər buraxıb”, – Nikolov bTV-yə deyib.

Onun sözlərinə görə, yanğının avtobus çevrilməzdən öncə başlaması da mümkündür.

Buna da bax: Saxta COVID pasportunun sonrakı peşmançılığı

Can alan yol qəzaları

Baş nazir Stefan Yanev hadisə yerinə yollanıb. Skopye mediası Şimali Makedoniyanın Baş naziri Zoran Zayevin də qəza yerinə getdiyini yazır.

Bəzi təsdiqlənməmiş məlumatlara görə, sərnişinlərin çoxu Şimali Makedoniyadan deyil, Albaniyadan olub.

Son illər Bolqarıstanda çoxsaylı ölümlə nəticələnmiş avtobus qəzaları baş verib. 2018-ci ildə sürüşkən yolda avtobusun çevrilməsi 17 bolqarıstanlı turistin həyatına son qoymuşdu.

Qəzalara daha çox yollarım bərbadlığı, maşınları köhnəliyi və yüksək sürət səbəb olur.

6.9 milyona əhalisi olan ölkədə 2019-cu ildə yol qəzalarında 628, ötən ilsə 463 nəfər həyatını itirib.