Bu gün, martın 11-də Yevlax rayonunda mikroavtobus qəzaya uğrayıb.
Qəzada çoxu şagird olmaqla 20-yə yaxın şəxs xəsarət alıb.
Bu barədə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə yaydığı məlumatda da bəhs edilir.
Məlumatda bildirilir ki, Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus Yevlax rayonu ərazisində qəzaya uğrayıb.
“Hadisə zamanı xəsarət alanlardan 12 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra xəstəxanadan evlərinə buraxılıblar.
Digər 5 nəfər xəsarət alan şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Şagirdlərdən 3 nəfərin vəziyyəti qənaətbəxşdir və müalicələri davam etdirilir. Qəza nəticəsində kəllə-beyin travması alan 1 şagird və məktəbin əməkdaşının müalicəsinin davam etdirilməsi üçün Səhiyyə Nazirliyi Bakı şəhərindən həkim briqadası ezam edib”, məlumatda vurğulanır.
Hazırda Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmilərinin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında olduğu bildirilir.
Buna da bax: Bakının ən təhlükəli yolları
Xatırlatma
Bu gün, martın 11-də ölkənin 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunlarından ötrü ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirilib.
Həmin 27 bölgənin arasında Yevlax rayonu da olub. Verilən məlumata görə, qəzaya uğrayan mikroavtobusdakı şagirdlər də buraxılış imtahanına gedirmişlər.
Buna da bax: Qəza edən təyyarə yamacdan götürüb
Sizin brauzer HTML5-i dəstəkləmir