Şəkidə müxalifətçi saxlandı

-

Martın 31-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki şöbəsinin sədri İslam Həsənovun rayon mərkəzindəki çayxanalardan birində saxlandığı bildirilir.

Bu barədə AXCP Ali Məclisinin Şəkidən olan üzvü Əli Abdullayev məlumat verir:

“Saat 17 radələrində üç polis əməkdaşı çayxanada olduğumuz zaman İslam Həsənovu şöbəyə apardılar. Hazırda polis şöbəsinin qabağındayıq. Həsənovun saxlanmasının səbəbi ilə bağlı hər hansı məlumat vermirlər”

Məsələ ilə bağlı, hələlik, Şəki rayon Polis Şöbəsindən açıqlama almaq mümkün olmayıb.

Martın 30-da isə AXCP Şəki şöbəsinin keçmiş sədri Rauf Əbdürrəhmanlı da polisə çağırılması barədə özünün facebook səhifəsində məlumat bölüşmüşdü.

R.Əbdürrəhmanlı yazırdı ki, hazırda Bakıda olduğu üçün Şəli rayon Polis Şöbəsinin dəvətinə müsbət cavab verə bilməyəcək.