AzadlıqRadiosu Azərbaycan xidmətinin keçmiş rəhbəri Mirzə Xəzər vəfat edib.
Bu barədə 2007-2015-ci illərdə AzadlıqRadiosunun Azərbaycan xidmətinə rəhbərlik etmiş və hazırda "Настоящее Время" telekanalının baş redaktoru Kənan Kazımoğlu məlumat verib.
"Almaniyadan kədərli xəbər gəldi. Yanvarın 31-də Azadlıq Radiosunun əfsanəvi səsi Mirzə Xəzər vəfat edib. Allah rəhmət eləsin!"- deyə o bildirib.
Ona bu barədə mərhumun ailəsindən məlumat verilib. Dəfn mərasimi fevralın 4-də olacaq.
Mirzə Xəzər Almaniyanın Münhen şəhərində yaşayırdı.
O, sonuncu dəfə yanvarın 12-də tvitterdə onu axtaran bir nəfərə- tvitteri nəzərdə tutaraq "Burdayam" yazıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Mirzə Xəzər Almaniyanın Münhen şəhərində (AzadlıqRadiosu üzun müddət Almaniyanın Münhen şəhərində fəaliyyət göstərib) AzadlıqRadiosuna 20 yanvar 1990-cı il hadisələri zamanı radioda hansı məlumatların getməsindən, Bakıdan kiminlə əlaqə saxlamasında danışır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Sizin brauzer HTML5-i dəstəkləmir
Mirzə Xəzərin həyatından
Mirzə Xəzər ( Mikayıl) 1947-ci ildə Göyçay rayonunda doğulub.
O,1973-cü ildə Azərbaycan Dövlət Unversitetinin hüquq fakultəsini bitirib.1974-cü ilin əvvəllərinə kimi Sumqayıtda vəkil işləyib. Həmin il SSRİ-ni tərk edib.
1975-ci ildə İsraildə Tel-Əviv Unversitetində kursda olub.1975-1976-cı illətrdə İsrail ordusunda xidmət edib. 1976- 1985-ci illərdə AzadlıqRadiosunun Azərbaycan xidmətində işləyib. Sonra ABŞ-a köçüb.1985-1987-ci illərdə Amerikanın Səsi radiosunda çalışıb. Amma təkrar AzadlıqRadiosuna qayıdıb.
1987-2003-cü illərdə AzadlıqRadiosunun Azərbaycan xidmətinə rəhbərlik edib.
O, Bibliyanı və “ Əli və Nino” romanını Azərbaycan dilinə tərcümə də etmişdi.