Azərbaycan və İran məhbusları dəyişir

Azərbaycan İran sərhəddi. İllüstrativ foto

Martın 12-də Azərbaycan həbsxanalarında cəza çəkən 5 nəfər İran vətəndaşı öz ölkəsinə yola salınıb. Bunun əvəzində də İran həbsxanalarında cəza çəkən 4 Azərbaycan vətəndaşı geri qaytarılıb. APA-nın xəbərinə görə, məhbuslar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər.

İran Xarici İşlər nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari bildirib ki, mübadilə iki ölkə arasında ekstradisiya müqaviləsi əsasında həyata keçirilib.

Hüseyn Cabiri Ənsari qeyd edib ki, məhbus mübadiləsi Novruz bayramı ərəfəsində də olacaq.