İnvestisiya neft sektoruna yönəlib 

Foto: arxiv

2016-cı ilin 9 ayında ölkə iqtisadiyyatına investisiya qoyuluşu 10.3 milyard manat təşkil edib.

Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında qeyd olunur ki, dövr ərzində neft sektoruna 6.5 milyard manat, qeyri-neft sektoruna 3.8 milyard manat həcmində investisiyalar yönəldilib.

İnvestisiya qoyuluşlarının 29.6%-i dövlət, 70.4%-i özəl sektorunpayına düşüb.

Əsas kapitala yönəldilmiş vəsaitin 39.1%-i daxili mənbələr, 60.9%-i isə xarici mənbələr hesabına formalaşıb.