Ekspert: 'Hakimiyyət Avropa Birliyinin şərtlərinə yaxın durmaq istəmir'

Belçika - Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Federica Mogherini (sağda) və Azərbaycan prezidenti İlham Əliyev

Noyabrın 24-ü Brüsseldə Avropa Birliyinin (AB)“Şərq Tərəfdaşlığı”sammiti keçirildi.

Azərbaycandan fərqli olaraq Ermənistan Avropa Birliyiilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement - CEPA) adlı sənədi imzaladı.

Hazırda siyasi dairələrdəAvropa Birliyinin “Şərq Tərəfdaşlığı” sammitində gözləntilərin özünü doğruldub-doğrultmamasıən çox müzakirə edilən mövzulardandır.

Deputat Zahid Oruc bildirib ki, Brüssel sammiti NATO-nun güclü himayəsi, bir növ kölgəsi altında keçib:

“Hələlik, 3 dövlət üzvlüyə yaxındır...”

“Gördüyünüz kimi, NATO-nun iclasını Avropa Birliyinin məlum zirvə görüşündən qabağa salmaqla Qərb strateqləri sanki müxtəlif paytaxtlara mesaj verirdilər. Ona görə də 2013-cü ildə Ukrayna ətrafında yaşanan hərbi-siyasi qarşıdurmaların təkraralanmasına yol verilmədi.NATO yarana biləcək təhlükələrə hərbi cəhətdən müdaxilə ediləcəyini ortaya qoymağa çalışırdı. Hər halda Moskvadan verilən reaksiyalar 4 il öncəkindən kəskin fərqli idi. Bununla belə, Rusiya MDB Təhlükəsizlik Şurası katiblərinin toplantısını məhz həmin günə salmaqla qərbli partnyorlarına başa salmağa çalışdı ki, sammit ətrafındakı prosesləri dərindən izləyir. Kremlin çevrəsində olan televiziyalarda “kimə qarşı birləşirlər” sualına çavab verənlər, Avropa Birliyi tərəfindən “6 dövlətin ələ keçirilmə planı”na qarşı təsirli tədbirlər görməyə çağırırdılar. Lakin indi Rusiyanın əsas qayğısını qalibiyyətlə başa vurduğu Suriyanın gələcək arxitekturası təşkil edir”.

Zahid Oruc hesab edir ki, sammit öz hədəflərinə hazırki reallıqda çatdı və ehtiyatlı siyasət yürütməklə maksimalist hədəflərdən bir qədər geri çəkildiyini açıq nümayiş etdirdi:

Zahid Oruc

“Yəni, hələlik, 3 dövlət üzvlüyə yaxın mərhələyə qədəm qoydu, digər üçü ətrafında qeyri-müəyyənlik davam edir. Avropa Birliyi Şurasının prezidentiDonald Tusk gürcü jurnalistin sualına cavabında söylədi ki, sammiti keçirməkdə məqsəd gələcək üzv ölkələrə mandat vermək deyil”.

Zahid Oruc Azərbaycandan fərqli olaraqErmənistanınAvropa Birliyi ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşması imzalamasınıbelə dəyərləndirir:

Buna da bax: Avropa öz şirkətlərinə xatırladır ki, Dağlıq Qarabağda biznes...

“Yerevan coğrafi və siyasi qibləsi ...”

“Hərbi və iqtisadi cəhətdən geopolitik üfüqünü müəyyənləşdirmiş bir dövlətin öz xarici siyasətini çoxqütblü etməyə faktiki heç bir potensialı,resursu yoxdur. Lakin əvəzində Yerevanın üzərinə iki mühüm vəzifə qoyulub. Birincisi, maksimal şəkildə Qərbdən gələn yardımlar hesabına Moskvanın maliyyə yükünü bir qədər azaltmaq. Hər halda Brüssel on il ərzində regiona 1 milyarda yaxın vəsait qoyub və proqramlar davam etdirilir. İkincisi, sərt sanksiyalar qarşısında olan Rusiyanın maraqlarının daşıyıcısı kimi Ermənistanın yeni tərəfdaşlıq sazişi çərçivəsində də hər zaman prosesdən çıxmaq, Qərbin strategiyasına təxribat törətməkvə Brüsseldən topladığı informasiyaları Kremlə çatdırmaq. Səbəb odur ki, Yerevanın coğrafi və siyasi qibləsi yüz ildən çoxdur ki, təyin olunub. Qərbin yüzlərlə planı Moskvanı Gümrüdən çıxarmağa vadar edə bilməz”.

Deputat bildirib ki, Azərbaycanın Avropa Bilriyi ilə siyasəti son dərəcə ehtiyatlı bir müstəvidə qurulsa da,son sammitdən ənuğurla çıxanlardan biri prezident İlham Əliyevdir:

“Riqa sammitindən fərqli olaraq, nəhayət, Brüsseldə ərazi bütövlüyündən kənarda strategiya qurmağın faydasızlığını dərk etdilər. İkincisi, Avropa Birliyi Qarabağ məsələsinə Krımla bağlı yürütdüyü sərt kursdan fərqli bir davranş seçəcəyi təqdirdə bunun Rusiyanın xeyrinə işləyəcəyini axır ki,başa düşdü. Həm də Azərbaycan lideri Cənubi Qafqazın əsas resurs ölkəsinin rəhbəri olaraq, regionun gələcək taleyinin məhz kimdən asılı olduğunu ortaya qoymağı bacardı.Yəni, antirusiya sanksiyaları fonunda rəsmi Bakının mövqeyi həlledici xarakter daşıyır və Azərbaycanı özünə yaxınlaşdırmadan qüvvələr nisbətini öz xeyrinə dəyişdirmək qeyri-mümkündür. Hər halda son sammit NATO və Avropa Birliyi çərçivəsində Azərbaycana qarşıdakı dönəmdə daha həssas yanaşmanın vacibliyini üzə çıxardı. İndi çoxları prezident İlham Əliyevin dəvəti ilə Bakıya gələcək baş katib Yens Stoltenberqi gözləyəcək”.

Buna da bax: Brüssel sammiti: 'Şərq Tərəfdaşlığı' kimə tərəf çıxacaq

“Hakimiyyətin bu məsələdə Rusiya qorxusu yoxdur”

Mediaüzrə ekspert Rəşid Hacılı isə hesab edir ki, Azərbaycan hökumətinin Avropa Birliyi ilə müqaviləni bağlamaqdan bir növ qaçıb. Onun fikrincə, Hakimiyyət Avropa Birliyinin insan haqları, demokratiya, azad seçkilərləbağlı şərtlərinə yaxın durmaq istəmir.Rəşid Hacılı deyib ki, hakimiyyətin Rusiyadan ehtiyatlanaraq sazişi imzalamadı deyə düşünmür:

Rəşid Hacılı

“Bunlar oynamaq istəməyənin bəhanələridir. Hakimiyyətin əl-ayağını yuyanlar da var ki, deyir, guya, biz bu müqaviləni bağlasaydıq iqtisadi baxımdan zərər cəkdik. Guya, ucuz Avropa malları bazarımızıdolduracaqdı. Bizim mallar onlarla rəqabətə girə bilməyəcəkdi. Sual yaranır, hansı mallar? Azərbaycanın Avropaya rəqib olacaq məhsulumu var? Baxın, Gürcüstan sazişi imzaladı və qonşu ölkənin bazarında daha keyfiyyətli Avropa malları artdı. Həm də gürcülər də xeyli malını xaricə çıxartdı. Elə ötən il avropalılar gürcülərdən min tonlarla üzüm aldılar. Tanıdığım şəxslər bununla məşğul idilər. Əslində, Azərbaycanda meyvə-tərəvəz ucuzdur, qapı açılsa Avropa meyvə-tərəvəzi yox, Azərbaycanın məhsulu bu bazara axışacaq. Hökumətimizin qabiliyyəti çatıb daha çox kvota alsa, kənd təsərrüfatımız üçün yaxşı bazar olacaq. Gürcüstanda bir fermer - balçı deyirdi ki, Avropaya bal satacaqlar, indi kvota azdır. Amma Avropa Türkiyədən kəsib Gürcüstana verəcək. onda daha çox satacaqlar.Üstəlik, AB kənd təsərrüfatı üçün milyonlarla qrant və faizsiz kreditlər verir...”.

Rəşid Haclının fikrincə sazişin imzalanmamasından yalnız Azərbaycan xalqı uduzur:

Buna da bax: Ermənistan AB ilə saziş imzaladı

Xatırlatma

Noyabrın 24-ü Brüsseldə V Avropa Birliyi «Şərq tərəfdaşlığı» sammiti keçirilib.

Sammitə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildəqoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Noyabrın 24-də Brüsseldə keçirilən sammitdə Avropa Birliyi Ermənistanla hərtərəfli və genişləndirilmişpartnyorluq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement - CEPA) adlı sənədi imzalayıb.

Azərbaycan isə bu qurumla oxşar danışıqlara bu ilin fevralından başlayıb. Əvvəlcə Brüssel sammitindəAzərbaycanla da Avropa Birliyi arasında sazişin imzalanacağına ümidlər bəslənirdi. Ancaq bu yaxınlarda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirdi ki, bu il belə sazişin imzalanacağı gözlənilmir.