Azərbaycan batutçuları Svetlana Makştarova və Veronika Zemlyanaya Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun gümüş medalına sahib olublar.
Dünya Kubokunun qalibi isə rusiyalı gimnast Anna Korobeynikovadır. O, tamblinq cığırında final yarışlarında 69,700 bal toplayaraq qızıl medal qazanıb.
Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunda finalları keçirilir.
Yarışlarda 15 ölkədən 85 gimnast iştirak edir.