Azərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı bu il iyunun 1-i vəziyyətinə görə, 10 milyon 148 min 57 nəfər olub.
Əhalinin 54.6 faizini şəhər, 45.4 faizini kənd sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.
Mayın 1-nə isə əhalinin sayı 10 milyon 143 min 521 nəfər olmuşdu. Beləliklə, bir aya əhali sayının 4 min 536 nəfər artdığı görünür.