Azərbaycanda otellər cibə nə qədər uyğundur? Azərbaycanlılar özləri Qafqazın ətəklərində, ya da Xəzərin sahilində ürəkləri istəyən kimi dincələ bilirlərmi?
Mütəxəssislər buna şübhə edir, onu əsas gətirir ki, dəbdəbəli otellər ancaq obrazlı desək, xanın-bəyin cibinə uyğundur.
30 yaşlı Sərvər Hüseynov deyir ki, istirahət üçün pul çatdıra bilmir:
“Məcbur olursan, ucuz qiymətə qalırsan, orda da internet yoxdur. Qulluq pisdir. Bu da istirahət deyil”,
Buna da bax: Otellər qadınlar və kişilərdən ötrü bölünə bilər
Dövlət Statistika Komitəsinin sonuncu dərc etdiyi - 2015-ci ilin yekunlarına dair məlumatına görə, ölkədə 536 ədəd otel və otel tipli müəssisə var.
Sosial və İqtisadi İnkişaf Mərkəzi, Gənclər, İdman və Turizm Nazirliyinin məlumatlarına əsasən hesablayıb ki, bunlardan cəmi iksi 2 ulduzlu oteldir. 3 ulduzlu otellərin sayı isə 28-dir.
Mərkəz hesab edir ki, Azərbaycanda əhalinin 5 faizi yüksək gəlirli sinif, 10-15 faizi orta sinif, 80 faizi isə orta sinifdən aşağı sayıla bilər. Bu halda 80 faizin cibinə uyğun yerlərin sayı azdır.
Buna da bax: Bakıda 'mentaliletə uyğun deyil' deyə, hostel bağlanıb [video]
Macarıstanlı turizm bloqqeri Tamas Kassay 33 ölkəni gəzəndən sonra 2016-cı ilin yayında gəlib Qusarın Laza kəndinə çıxıb. Deyir ki, oraların təbiəti əsl turistlikdir. Kəndlilərin birinin evində ortabab qiymətə danışıb qalıb. Deyir, oteldə qalsam baha çıxardı. Çünki otellərin çoxu pullular üçündür:
“Orta sinif hotellərin sayı o qədər də çox deyil. Yaxşı olardı ki, belə hotellərin sayı artardı. Bakıda top hotellər var. Onlar çox yaxşıdır. Qiymətləri orta qiymətdən də aşağıdır. Orta sinif hotellərin sayı az, qiyməti bahadır. Ola bilər ki, bu bazarda rəqabət yetərincə deyil ona görə”.
Tamas Kassay deyir ki, orta sinif üçün turizm şəraitinin yaradılması bu sahənin inkişafı üçün vacibdir. Çünki orta sinfə aid olan turistlərin sayı adətən daha çox olur. Üstəlik, orta sinfin xidmətlər- restoran, taksi və s. üçün pulu olur, onun üçün əsas həll olunmalı məsələ- qalmaq üçün münasib yerin olmasıdır.
Buna da bax: Yeni ildə Avropada dincəlmək Şamaxıdan ucuzdur
Tamas Kassay öz təcrübəsindən misal gətirir- deyir ki, dünyada çoxlu sayda turizm bloqqerləri var ki, onların da oxucusu məhz orta sinifdir.
Biz Bakı sakinlərindən soruşmuşuq ki, onlar bu yayı harada dincəlməyi planlaşdırırlar?
Sizin brauzer HTML5-i dəstəkləmir
İqtisadi və Sosial İnkişaf mərkəzinin Rəşad Həsənov deyir ki, 2 -3 ulduzlu otellərin sayının az olmasının səbəbi sadədir- bu sahədə inhisar, sahibkarlar üçün problemlərin olması.
Buna da bax: Türkiyədə və Azərbaycanda istirahət yerlərinin əsas fərqləri (Fotolar)
Amma prezident İlham Əliyev 2015-ci ildə deyib ki, o qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. “Budur reallıq”, prezident deyib və 2-3 ulduzlu otellərin sayını artırmağı tövsiyə edib.
O vaxtdan bəri Gənclər, İdman və Turizm Nazirliyi hansı işləri görüb, öyrənə bilmədik. Telefon zənglərimizə cavab verilmədi.