Azərbaycan ekologiya reytinqində 104-cüdür

Sizin brauzer HTML5-i dəstəkləmir

Üfunətli hava, zibilli sahil, kirli qağayılar - Hövsan

Azərbaycan ekoloji duruma görə 180 ölkə arasında 104-cü yeri tutub.

Bu reytinq "The Environmental Performance Index" saytında dərc olunub. Azərbaycanın ekoloji durumu 100 ballıq şkala üzrə 38.60 bal qiymətləndirilib.

Belə reytinqi hər il Yel Universitetinin Ətraf Mühit Siyasəti və Hüquq Mərkəzi tərtib edir. Ekoloji reytinq 10 indikator üzrə 22 meyar əsasında müəyyən edilir.

Durum tərtib edilərkən təbii ehtiyatların səmərəli idarə olunması, ekosistemin yararlılığı, bioloji müxtəlifliyin qorunması və iqlim kimi meyarlardan istifadə olunur.

Region ölkələri arasında Ermənistan (56)Gürcüstan (103) Azərbaycanı qabaqlayır. Rusiya 112-ci, İran 132-ci, Türkiyə 172-ci yerdədir.

Ətraf mühitin təmizliyinə görə Danimarka 77.9 balla dünyada birinci dəyərləndirilir. Böyük Britaniya, Finlandiya, Malta, İsveç, Lüksemburq, Sloveniya, Avstriya, İsveçrə və İslandiya da ətraf mühitin ən təmiz olduğu ilk 10 ölkə sayılır.

Hindistan dünyanın ekoloji cəhətdən ən qeyri-sağlam ölkəsi kimi tanınıb. Ekspertlər Hindistanın reytinqini 18.9 balla qiymətləndirib, o, sırada sonuncu - 180-ci yeri tutub.