Əsgər həlak olub

Arxiv foto

Dövlət Sərhəd Xidmətinin əs­gəri Eltun Qarayev həlak olub. DSX-nın martın 7-də yaydığı məlumata görə, əsgər odlu silahdan açılmış atəş nəticəsində yaralanıb, o, Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyə edilsə də həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, hadisə martın 7-də səhər saatlarında “Qazax” əlahiddə sərhəd diviziyasının Qazaxın Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifənin icrası za­manı baş verib.

DSX rəhbəri Elçin Quliyevin hadisə yerində olduğu, hadisə ilə əlaqədar DSX Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirlərinin hə­yata keçirildiyi deyilir.