Ermənistanda Azərbaycan əsgərinə 11 il 6 ay iş kəsildi

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, bu ilin aprelində Ermənistan ərazisinə keçmiş və burada yerli sakinlər və hüquq mühafizə əməkdaşları tərəfindən saxlanmış iki Azərbaycan əsgərindən biri – Aqşin Bəbirov Yerevanda 11 il, 6 ay və 15 gün azadlıqdan məhrum edilib.

Hərbi qulluqçu Aqşin Bəbirov sərhədin qanunsuz keçilməsində, sərhəd üzərindən odlu silah keçirilməsində ittiham olunurdu.

İkinci azərbaycanlı əsgər Hüseyn Axundovun işi hələ istintaq mərhələsindədir.

O habelə qətldə ittiham olunur.

Buna da bax: Ankara Yerevana: 'Ya o abidəni yığışdırın, ya da...'

Azərbaycan əsgərinin Ermənistanda həbsini pisləyir

Azərbaycan Xarici İşlər Nazirliyi mayın 8-də bir ay öncə, aprelin 9-da Ermənistanda saxlanan iki hərbiçilərindən biri - Aqşin Bəbirov barəsində çıxarılan hökmu pisləyib.

XİN vurğulayır ki, “Azərbaycan ordusunun itkin düşmüş və Ermənistanda əsir götürülmüş əsgəri Aqşin Bəbirovun həbsi ilə bağlı qondarma qərarı qınayırıq”.

XİN iddda edir ki, “ erməni girovlarının, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq hərbçinin heç bir qeyd-şərt irəli sürmədən dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirinə qarşılıq verməməsi Ermənistanın bölgədə barışıq və etimad yaradılması tədbirlərində maraqlı olmadığını göstərir.”

Aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan-Ermənistan sərhədində iki əsgərin itkin düşdüyü haqqında məlumat yaymışdı.

Azərbaycan mediasinda onlardan birinin Sünik vilayətinin Bnunis kəndinə gəldiyi, kömək üçün kənd sakinlərinə müraciət etdiyi, ikincisinin isə sonra Qafan şəhəri yaxınlığında saxlandığı deyilirdi.

Həmin əsgərlərdən birincinin-Aqşin Bəbirovun dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı qaçaqmalçılığında təqsirləndiyi bildirilirdi.

İkinci hərbiçi Hüseyn Axundovun işi üzrə isə təhqiqatın davam etdiyi açıqlanıb. Ermənistan Baş Prokurorluğunun məlumatında O, Qafan şəhəri yaxınlığındakı müəssisələrdən birinin mühafizəçisini öldürməkdə ittiham olunur.

Sizin brauzer HTML5-i dəstəkləmir

"Delimitasiya" və "demarkasiya" bu dəfə Bakının rayonlarında dalana dirənib

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırda tərəflər arasında fasilələrlə sülh danışıqları gedir.