Azərbaycan əsgərinin minaya düşərək həlak olduğu bildirilir

Azərbaycan jurnalistlərinin Qarabağ müharibəsindən az sonra Kəlbəcərdə mina düşməsi, hər iki jurnalist həlak olub

Aprelin 2-də Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu minaya düşərək həlak olub.

Bu barədə APA Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Nazirlik faktla bağlı araşdırma aparıldığını bildirib.

Buna da bax: Ağdamda iki nəfərin minaya düşdüyü deyilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Kəlbəcərdə mina partlayışı. Mina nə zaman basdırılıb? Ekspertlərlə rəsmilər fərqli fikirdədir

Azərbaycan əsgərinin minaya düşərək həlak olmasına Azərbaycanın Xarici İşlər Nazirliyi də reaksiya verib.

Nazirliyin tvitter səhifəsində yaydığı məlumatda qeyd olunur ki, 2020-ci il müharibə bitəndən indiyə qədər 288 Azərbaycan vətəndaşı minaya düşüb və onlardan 50 nəfəri həlak olub.

“Azərbaycanlılar Ermənistanın yerləşdirdiyi minalar nəticəsində ölməkdə və şikəst olmaqda davam edir. Bu gün minanın partlaması nəticəsində bir əsgər həlak olub. 2020-ci il müharibəsinin bitməsindən indiyədək 288 azərbaycanlı minalara məruz qalıb, onlardan 50-si həlak olub. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını bildirməlidir”-Nazirliyin yaydığı məlumatda bildirilir. Bu hadisədən əvvəl martın 16-da iki mülki şəxs Ağdamda minaya düşərək həlak olub.

Minaların basdırılması ilə bağlı məlumatları Ermənistanın Müdafiə nazirliyi bundan əvvəl bir neçə dəfə təkzib edib.

Amma Azərbaycan Müdafiə Nazirliyinin minaların təmizlənməsi ilə bağlı yaydığı bəzi məlumatlarda vurğulanır ki, aşkar olunan minaların bir hissəsi 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.