Azərbaycan bayrağı Yerevanda yandırıldığı üçün idmançılar iştirakdan imtina edib geri dönüblər

Sizin brauzer HTML5-i dəstəkləmir

Aprelin 14-də Ermənistanda Ağır Atletika üzrə Avropa çempionatının açılışında Azərbaycan bayrağı onu zala gətirən qızın əlindən alaraq yandırıb. Məlum olub ki, bunu edən tədbirin dizayneri Aram Nikolyandır. O polisə aparılıb və bir qədər sonra sərbəst buraxılıb