Azərbaycanın İrandakı səfiri və İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Bünyad Hüseynov vəzifələrindən geri çağırılıb.
Bununla bağlı avqustun 7-si Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin başqa sərəncamları ilə Əli Əlizadə Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.
Ə.Əlizadə bundan əvvəl Azərbaycanın Pakistanda səfiri (2016–2021) və İranın Təbriz şəhərində baş konsulu (2010–2016) olub.