Azərbaycan mətbuatı 148 yaşında

Qəzet satan yeniyetmə, arxiv foto

Hər il 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir. 1875-ci ilin bu günündə Rusiya imperiyasında Azərbaycan dilində ilk qəzet -"Əkinçi" qəzeti nəşrə başlayıb.

22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir. Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etməyə başladığı «Əkinçi» qəzeti ilə Azərbaycanın milli mətbuat tarixinin başlandığı deyilir.

Buna da bax: Azərbaycan mətbuat azadlığına görə 180 ölkə içində 151-ci oldu

Azərbaycanda XX əsrin 90-cı illərində bir çox insanların apardığı milli mübarizə və tarixi proseslər nəticəsində dövlət müstəqilliyi qazanılıb, bu tarix Milli Mətbuat Günü kimi qeyd olunmağa başlayıb.

«Əkinçi»nin öz tarixinə gəlincə isə, bu qəzet 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək nəşr edilib və cəmi 56 sayı olub.

Araşdırmaçıların qeyd etməsinə görə, bir tərəfdən Çar imperiyasının təzyiqləri, digər tərəfdən xalqın geniş dəstək verməməsi üzündən qəzetin nəşri dayanıb.

Amma müstəqil ekspertlər düşünür ki, Azərbaycan mətbuatının indi də çoxsaylı problemləri var. Onların fikrincə, Azərbaycanda indi rəsmi senzura olmasa da, qəzetlərin əksəriyyəti hakimiyyətdən asılıdır, istədiyi problemlərə toxuna bilmir.

Son illər ölkədə bir sıra müstəqil və müxalif qəzetlərin fəaliyyətini dayandırmağa məcbur qaldığı da vurğulanır.Üstəlik, bu yaxın illər ərzində Azərbaycanda 10-larla jurnalist həbs edilib.

Buna da bax: Aİ-nin təmsilçisi Azərbaycanda vebsaytların bloklanmasına təəssüf edir

2005-ci il martın 2-də isə «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirilib. Qətlin sifarişçiləri və icraçıları, hələ də, məsuliyyətə alınmayıblar.

Lakin rəsmilər birqayda olaraq bəyan edirlər ki, ölkədə söz, mətbuat azadlığı qorunur, jurnalistlərə dövlət qayğısı göstərilir. Onların fikrincə, həbs edilən jurnalistlər də peşə fəaliyyətinə görə, yox törətdikləri əmələ bağlı məsuliyyətə alınıblar.