Zakir Həsənova yerli istehsal olan pilotsuz uçuç aparatı göstərilib
Oktyabrın 30-da müdafiı naziri Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yoxlanılması məqsədilə hərbi aviasiya bazalarından birində olub.
Müdafiə naziri uçuş və texniki heyətlə görüşüb. Hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsini, onun imkanları və effektiv istifadəsini, uçuş-enmə zolaqlarını, trenajor siniflərini, yardımçı bina və tikililərin mövcud vəziyyətini yoxlayıb.
Müdafiə nazirinə yerli istehsal olan yeni növ pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuşları, heyətlərin hazırlığı və yerüstü idarəetmə stansiyasının imkanları göstərilib.