Müdafiə naziri cəbhə bölgəsinə gedib

Zakir Həsənov- 2 iyun 2017

Bu gün, iyunun 19-da cəbhə bölgəsində yeni inşa edilən Raket və Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışı olub.

Müdafiə Nazirliyinin məlumatına görə, müdafiə naziri Zakir Həsənov açılış mərasimində iştirak edib.

Onun ərazidəki qərargah, texnikalardan ötrü saxlanclar, əsgər yataqxanası, yeməkxana, sıra meydanı və başqa obyektlərlə tanış olduğu bildirilir.

Nazirin şəxsi heyətlə birlikdə nahar etdiyi də qeyd edilir.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.