2016-cı ilin sonuncu rübü başlanıb və artıq Cənubi Qafqaz ölkələrinin paradoksal iqtisadi göstəriciləri məlumdur.
Ona görə paradoksal ki, ötməkdə olan il ərzində nefti olmayan Gürcüstanda 3, 4 faiz, nefti olmayan Ermənistanda 3, 2 faiz artım, neftlə zəngin Azərbaycanda isə 3, 9 faiz geriləmə qeydə alınıb.
İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, Azərbaycan iqtisadiyyatında son geriləmənin səbəbkarı elə neftin özüdür.
Çünki neft gəlirləri ölkədə “holland sindromu” formalaşdırıb. Azər Mehtiyev bildirir ki, neft gəlirləri ölkədə bank və tikinti sektoruna axıdılıb və bu da qeyri-neft sektorunu zəiflədib. Neft gəlirləri azaldıqda isə ölkədə iqtisadi artıma təkan verən ciddi mənbənin formalaşmamasının şahidi olmuşuq:
Digər ekspert Nazim Bəydəmirlinin də fikrincə, neft ümumiyyətlə hökumətləri tənbəlləşdirdiyi üçün onlar islahat aparmağa meylli olmurlar. Təbii ehtiyatlara güvənməyən ölkələr isə iqtisadiyyatı gəlirli etmək üçün islahat aparmağa məcburdurlar:
Keçmiş maliyyə naziri Fikrət Yusifov isə deyir ki, belə bir müqayisə aparmaq qüsurludur. Çünki hələ də Azərbaycanda neft iqtisadiyyatda xüsusi çəkiyə malikdir. İqtisadiyyatın nisbətən aşağı düşməsi isə dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır. Fikrət Yusifovun sözlərinə görə qeyri-neft sahəsində də kifayət qədər artım var:
Beləliklə, keçmiş maliyyə naziri Fikrət Yusifov məsləhət görür ki, Azərbaycan iqtisadi artım yaşayan Ermənistan və Gürcüstanla müqayisə edilməsin.Necə deyərlər, müqayisə olmayanda fərq də görünmür.