Azərbaycan Ukraynaya yardım ayırır

Ukraynaya humanitar yardım

Azərbaycan Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün 7.6 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

Bununla bağlı iyulun 17-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Vəsait Prezidentin ehtiyat fondundan ayrılır.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı təcavüzkar müharibəyə başlayıb.

Azərbaycan Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb. Ancaq Ukraynaya bir neçə dəfə humanitar yardım etdiyini açıqlayıb.

Bu müharibədə minlərlə mülki insanın, bir neçə yüz min hərbi qulluqçunun həlak olduğu və yaralandığı, milyonlarla dinc insanın isə vətənindən didərgin düşdüyü bildirilir.