Azərbaycan XİN Ermənistanı  danışıqlara  dəvət edir

Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də cəbhədəki vəziyyətlə bağlı açıqlama yayıb.
Açıqlamada Azərbaycan Müdafiə Nazirliyinə istinadən qeyd edilir ki, iyulun 28-də Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini intensiv atəşə tutub :

«Nəticədə iki hərbi qulluqçumuz yaralanıb. Vurğulayırıq ki, Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti təxribatı törədərək, vəziyyəti gərginləşdirmək məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. »

XİN də öz açıqlamasında Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son verməyə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa dəvət edir.

Hələki Ermənistan XİN-dən bu çağırışa münasibət bildirilməyib.