Xarici işlər naziri E.Məmmədyarovun sabah, iyunun 21-də Belorusa səfər edəcəyi bildirilir.
“Turan” agentliyinin məlumatına görə, nazir “Şərq Tərəfdaşlığı” ölkələrinin nazirlərinin görüşündə iştirak edəcək.
Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin xarici siyasət idarələrinin rəhbərlərinin qeyri-formal görüşü iyunun 21-i və 22-də Minskdə keçirilməlidir.
Səfər çərçivəsində E.Məmmədyarovun nazirlərin tədbirində çıxışı, habelə ikitərəfli görüşləri planlaşdırıldığı qeyd edilir.
"Şərq Tərəfdaşlığı" proqramına Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.