Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub

Azerbaijan prezidenti İlham Əliyev (sol) və Zimbabve prezidenti Emmerson Mnangagwa, 19 yanvar 2019

Yanvarın 19-da Azərbaycan prezidenti İlham Əliyev Zimbabve prezidenti Emmerson Mnangagwa-nı qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev qonağa deyib ki, əminəm , səfəriniz çox məhsuldar keçəcək və tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacaq:

“ Bu, Zimbabve prezidentinin Azərbaycana ilk səfəridir, odur ki, bu, tarixi səfərdir. Əminəm ki, məhsuldar müzakirələr zamanı biz əməkdaşlığımızın çox mühüm sahələrini müəyyən edəcəyik. Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin siyası sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik. Bilirəm ki, gəlişiniz çərçivəsində siz bir neçə ölkəyə səfər edirsiniz. Çox şadam ki, Azərbaycan da sizin səfər etdiyiniz ölkələrdən biridir. Bu, sizin ölkəmizə və münasibətlərimizə verdiyiniz önəmin göstəricisidir. Biz də öz növbəmizdə, ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyirik. Əlbəttə ki, sizin səfəriniz də bu münasibətlərin inkişafı üçün məsələlərin müzakirəsi baxımından çox əla imkandır”.

Zimbabve prezidenti Emmerson Mnangagwa isə bunları deyib:

“Sizin çox gözəl ölkəniz var. Biz ilk dəfədir ki, sizin ölkənizə səfər edirik. Azərbaycanda artıq şahidi olduğumuz inkişaf və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb. Bizim arzumuz iki ölkə arasında qarşılıqlı siyasi münasibətlərin qurulmasından ibarətdir. Lakin xüsusilə biz iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etmək, həmçinin əməkdaşlıq aparılacaq digər sahələri tədqiq etmək istəyirik”

Xatırlatma

E. Mnanqaqva bundan əvvəl Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. O, ölksində iqtisadi problemlər və yanacağın qiymətinin artırılmasına etirazlar dövründə Rusiyadan uzun müddətli kreditlər alacağına ümidli olduğunu bildirib.

Hər iki hökümətin rəsmiləri bir sıra sənədlər imzalayıb.
Zimbabve prezidenti Azərbaycana isə yanvarın 18-də gəlib.

Daha sonra onun yanvarın 22-də Davosda keçiriləcək Dünya İqtisadiyyat Forumuna qatılacağı gözlənir.