Sabah, iyulun 18-dən Azərbaycanda 4 günlük bayram tətili başlayır.
Baş nazir Əli Əsədov Azərbaycan Respublikasında Qurban bayramında iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerlərinin dəyişdirilməsi ilə bağlı qərar imzalayıb.
İyulun 20-si və 21-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq.
Beləliklə, 4 gün - 18 iyul (bazar), 19 iyul, 20 iyul və 21 iyul - ardıcıl qeyri iş günü olacaq.