İyulun 4-dəBakıda və Abşeron yarımadasında havanın günəşli olcağı bildirilir. Cənub-şərq küləyinin əsəcəyi, axşam şimal küləyi ilə əvəz olunacağı təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 25-27, gündüz 39-41 dərəcə isti olacaq.
Anomal isti hava ilə bağlı günorta saatlarında 11:00-dan 17:00-dək günəş şüalarının birbaşa təsiri altında olmaq risklidir.
Azərbaycanın rayonlarında da iyulun 4-də havanın günəşli olacağı gözlənir. Gecə 22-27, gündüz 39-44, dağlarda gecə 18-23, gündüz 28-33 dərəcə isti olacağı proqnolaşdırılır.
Son bir həftədə Azərbaycanda anomal istilər davam edir.