Azərbaycanda 3 gündə borca görə, 60-dan çox şəxs saxlanıb

arxiv foto

Son 3 gün ərzində (avqustun 28-dən 30-na kimi ) ölkədə borclu olduğuna görə, axtarılan şəxslərdən 63nəfər saxlanıb.

Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN)saytı məlumat yayıb.

Saytdakı kriminal xronika bölməsində axtarışda olan borclu şəxslərin saxlanmasına dair də statistika təqdim edilib. Həmin bölmədə yer alan məlumatlara görə, avqustun 28-də 38,29-da 13, 30-da isə 12 nəfərbelə şəxs saxlanıb.Saytda bu gün, avqustun 31-nə aid statistika isə, hələlik, yoxdur.

Saytın kriminal xronika bölməsində bundan əvvəlki günlərdədə borca görə saxlanan şəxslərin sayı yer alır.Həmin bölmə ilə tanışlıqdan belə bəlli olur ki, ölkədə hər həftə boyuborca görə, saxlanan şəxslər olur. Yalnız istisna günlərdə belə bilgilərə rast gəlinmir.

Xatırlama

Ədliyyə Nazirliyinin İcra baş idarəsindən verilən məlumata görə, ümumilikdə 2019-cu ilin6 ayında 2.496 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.İdarədən vurğulanmasına görə, məhkəmə qərarını icra etmiş 8.210 şəxsin isə üzərindən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb . Bunun da ötən dövrlərlə müqayisədə 4 dəfə çox olduğu bildirilib.